Haqqımızda

Fortis Industrial Solutions Neft və Qaz, Enerji, Tikinti, Dənizçilik, Mədənçilik, Neft – Kimya sənayeləri üçün satınalma xidməti göstərən təchizat firmasıdır. Bizim firmamız, 2013-cü ildən bu günə kimi, öz xidmətləriylə müştərilərimizin istəklərini ən uyğun və keyfiyyətli şəkildə qarşılamaqdadır.

Bizim firmamız, yerli və xarici firmaların bütün növ satınalma və təchizat zənciri xidmətlərini təşkil edir. Müştərilərimizin istəklərini qarşılamaq üçün təcrübəli komandamız illər ərzində qazandığı təcrübələri və bu prosesdə istifadə olunan ən son texnologiyaları istifadə edir. Bizim ən əsas rolumuz müxtəlif sektorlardakı müştərilərimizin satınalma, konsaltinq və texniki dəstəyini təmin etməkdir. Müştərilərimizin yüngül və ya ağır sənaye sektorunda olmasına baxmayaraq, komandamız onların təkliflərini ən qısa zamanda, ən uyğun qiymətlərlə cavablandırmağa hazırdır.

Missiyamız

Bizim missiyamız keyfiyyətli və güvənilir məhsullarla öz müştərilərimizi məmnun etməkdir. Biz keyfiyyətli məhsullarla ölkəmizdəki bazarı inkişaf etdirə biləcəyimizə inanırıq, ümumiyyətlə, biz gördüyümüz işin ən keyfiyyətli formasını təqdim etməyə hazırıq. Fortis Industrial Solutions-un hərtərəfli servis xidmətləri ona innovativ, stratejik və ən optimal həllərini öz partnyor və müştərilərinə təqdim etməyə kömək edir. Firmamız Neft və Qaz, Tikinti, Enerji, Dənizçilik, Neft – Kimya və Mədənçilik sənayelərində fəaliyyət göstərən digər firmalara satınalma, konsultasiya və təchizat zəncirlərinin qurulması xidmətlərini göstərir. Bizim xidmətlərin məqsədi, illər ərzində dünynanın hər yerində, olduqları sektorların ən qabaqcıl firmalarıyla qurduğumuz əlaqələr vasitəsi ilə müştərilərimizə ən uyğun qiymətlə,ən keyfiyyətli məhsulları ən effektiv şəkildə çatdırmaqdır.